Deputat Rauf Əliyev mətbuat işçilərini təbrik etdi

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra mətbuatımızın inkişafında dönüş yarandı. Bu gün Azərbaycanda yüzlərlə mətbuat orqanı qəzet və jurnal fəaliyyət göstərir Azərbaycan Respublikası Prezidentinin 5 iyul 1991-ci il tarixli fərmanı ilə “Əkinçi” qəzetinin nəşrə başlandığı gün 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur. Azad mətbuatın inkişafı, iqtisadi müstəqilliyinin təmin edilməsi, mətbuat işçilərinin sosial vəziyyətlərinin yaxşılaşdırılması məqsədi ilə xüsusi proqramlar qəbul edilmiş və müvəffəqiyyətlə həyata keçirilir. Ümumimilli lider Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlıqlarının təmin edilməsi tədbirləri haqqında” Fərmanı ilə ölkəmizdə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan dilli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” sərəncamına imzalamışdır. Azərbaycanda Həyata keçirilən bu mühüm tədbirlər Azərbaycanda mətbuatın, jurnalistikanın sürətli, hərtərəfli inkişafına şərait yaratmışdır. Mətbuat da öz növbəsində Azərbaycanda insan hüquqlarının, siyasi plüralizmin, demokratiyanın üstünlük təşkil etdiyi vətəndaş cəmiyyətinin formalaşmasında yaxından iştirak edir. Milli mətbuatımız milli və ümumubəşəri dəyərlərin təbliğində, xalqımızın tarixi keçmişinin öyrənilməsində, vətənpərvərlik hislərinin cəmiyyətə aşlanmasında, ölkəmizin müstəqillik illərində bütün sahələrdə əldə etdiyi uğurlu nəticələrin cəmiyyətə çatdırılması işində yaxından iştirak edir. Mətbuat vasitələri 27 sentiyabr 2020-ci il tarixdə başlayan və 44 gün davam edən Vətən Müharibəsi zamanı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq nümunələrini və əldə olunan tarixi Zəfərin əhəmiyyətinin ölkə ictimayətinə eləcə də dünya ictimayyətinə çatdırılmasında böyük rol oynamışdır. Hazırda Azərbaycanda fəaliyyət göstərən bütün Kütləvi İnformasiya vasitələri böyük Qələbədən sonra cənb Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azadan olmuş ərazilərdə aparılan güniş miqyaslı tikinti-quruculuq işləri barəsində ictimyyətin məlumatlandırılması, qələbədən sonra ölkədə vətənpərvərlik ruhunun daha geniş təbliğ olunması istiqamətində yorulmadan çalışırlar. Peşə bayramları münasibəti ilə bütün mətbuat işçilərini, jurnalistləri təbrik edir, onlara bu mühüm və şərəfli işlərində yeni-yeni uğurlar arzu edirəm”.

Rauf Əliyev

Milli Məclisin deputatı

Teqlər: