Bakıda yataqxanadakı yanğın tam söndürülüb

Bakıda yataqxanada yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində beşmərtəbəli yataqxana binasında yanğın olub. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu ünvana cəlb olunub.


Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq tam söndürülüb.

Teqlər: