Deputat Müşfiq Cəfərova vəzifə verildi

Deputat Müşfiq Cəfərova vəzifə verildi

Azərbaycan-Filippin parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb.

AzerTimes xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılaraq qəbul edilən “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə” qərarda əksini tapıb.

Qərara əsasən, Müşfiq Cəfərov Azərbaycan-Filippin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri təyin edilib.

Teqlər: