24 saylı Nizami birinci seçki dairəsi üzrə Milli Məclisin
deputatı Könül Nurullayeva qərargahına daxil olan müraciətlər
əsasında növbəti vətəndaş qəbulunu keçirib.
Deputat qərargahından AzerTimes-a verilən məlumata görə,
K.Nurullayeva qəbul zamanı vətəndaşlar tərəfindən səsləndirilən
şikayət və problemlər ətrafında qarşı tərəflə geniş fikir
mübadiləsi aparıb.
Görüş zamanı qəbul iştirakçılarını narahat edən problemlər
sırasında vətəndaşın əlillik dərəcəsinin düzgün müəyyən edilməməsi
ilə bağlı şikayəti, işlə təmin olunma, aztəminatlı ailənin
qarşılaşdığı məişət problemləri, yaşayış binasının dam örtüyünün
əsaslı təmir olunması, vətəndaşın işindən əsassız yerə çıxaldığına
dair iddiası və s. bu kimi məsələlər başlıca yer alıb.
Vətəndaşların qəbul ərzində Könül Nurullayevaya çatdırdığı bütün
müraciətlər deputat səlahiyyətləri daxilində qeydiyyata götürülüb
və ən yaxın zamanda aidiyyətı üzrə müvafiq qurumlara
ünvanlanacaqdır.