Dənizkənarı Milli Parkının sanitariya-mühafizə zonası TƏSDİQLƏNDİ – 535,33 hektar

Nazirlər Kabineti “Azərbaycan Respublikasının Dənizkənarı Milli
Parkının sanitariya-mühafizə zonası”nın təsdiq edilməsi haqqında
Qərar verib.

Sənədə əsasən, “Xüsusi mühafizə olunan təbiət əraziləri və
obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü
il 4 aprel tarixli 924-IVQD nömrəli Qanununun tətbiqi haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 166
nömrəli Fərmanının 1.4.2-ci yarımbəndinin icrasını təmin etmək
məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:

Azərbaycan Respublikasının Dənizkənarı Milli Parkının
sanitariya-mühafizə zonası əlavə olunmuş xəritədə göstərilən 535,33
hektarlıq sahədə təsdiq edilsin.

Teqlər: