Ermənistan, Yunanıstan və Kipr arasında üçtərəfli hərbi əməkdaşlıq yaradılıb.
AzerTimes xəbər verir ki, bunu İrəvanda səfərdə olan Yunanıstan milli müdafiə naziri Nikos Dendias deyib.
O qeyd edib ki, üçtərəfli format dörtərəfli də ola bilər:
“Ermənistan və Yunanıstanın çox nüfuzlu ortaq dostları ilə – Fransa və Hindistanla üçtərəfli və ya dördtərəfli əməkdaşlıqlar ola bilər”.