Dəmir yollarının əməkdaşları vaksinasiya olunublar (FOTO)

Xəbər - Ceyhun Ələkbərov – Trend:

“Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşları mərhələli şəkildə vaksinasiya prosesinə cəlb edilir.

Bu barədə AzerTimes-a qurumdan bildiriblər. Qeyd olunub ki, hazırda 40 və daha yuxarı yaş qrupuna aid olan ümumilikdə 10 mindən artıq əməkdaşın 62 faizi vaksin olunub. Peyvəndin birinci dozası vurulduğu tarixdən 29-35 təqvim günü sonra ikinci dozanın təmin edilir.

Qeyd edək ki, vaksinasiya prosesi işçilərin qeydiyyatda olduqları sahə poliklinikalarında, həmçinin müvafiq modul tipli vaksinasiya mərkəzlərində həyata keçirilir.

Twitter: @JeyhunAlakbar

Teqlər: