Dəmir yolları ilə ötən il 14 milyon tondan çox yük daşınıb

Xəbər - Ceyhun Ələkbərov – Trend:

2020-ci ildə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC 14 milyon 631,5 min ton yük daşıyıb ki, bu da 2019-cu ilə nisbətən 3,8% azdır.

Bu barədə AzerTimes-a QSC-dən bildiriblər.


Məlumata görə, yük daşımalarının 7 milyon 683,4 min tonu və yaxud 52,5%-i beynəlxalq (idxal-ixrac) daşımalar olub. Bu, illik müqayisədə 5,5% azdır.

Teqlər: