Dəm qazından zəhərlənmənin qarşısını almaq üçün yeni cərimələr müəyyən edildi

Xəbər - Elçin Mehdiyev – Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu
təsdiqləyib.

AzerTimes-ın məlumatına görə, qanuna əsasən qaz qurğuları və qaz
xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə
xətlərinə texniki xidmət qaydalarının pozulmasına görə cərimələr
müəyyən edilir.

Belə ki. qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına,
habelə havalandırma və havadəyişmə xətlərinə müayinə və texniki
xidmət qaydalarının pozulmasına görə fiziki şəxslər iki yüz
manatdan dörd yüz manatadək, vəzifəli şəxslər min manatdan min beş
yüz manatadək, hüquqi şəxslər iki min beş yüz manatdan üç min
manatadək məbləğdə cərimə ediləcək.

Teqlər: