Dəhşətli qəza: TIR sürücüsü körpüdən asılı qaldı – Video

Dəhşətli qəza: TIR sürücüsü körpüdən asılı qaldı – Video

ABŞ-ın Kentukki ştatında TIR sürücüsü körpünün üzərində ağır qəza törədib.

AzerTimes “Foks Nyus”a istinadən xəbər verir ki, sürücü idarəetməni itirib və nəticədə arakəsməyə çırpılan nəqliyyat vasitəsi çayın üzərindəki körpüdə asılı vəziyyətdə qalıb.

Əraziyə gələn xilasedicilər bir neçə saatdan sonra çox böyük çətinliklə sürücünü kabindən sağ çıxarmağı bacarıblar.

TIR-ın qida istehsal ilə məşğul olan şirkətlərdən birinə məxsus olduğu deyilir.

Teqlər: