Dədə Süleymanın vida mərasimi…

Dədə Süleymanın vida mərasimi…

12:38

Əməkdar artist Süleyman Abdullayevin (Dədə Süleyman) vida mərasimi olacaq.

AzerTimes xəbər verir ki, bu haqda Publika.az-a açıqlamasında xalq artisti Afaq Bəşirqızı məlumat verib.

“Saat 16:00-da Təzəpir məscidində vida mərasimi olacaq”, – Bəşirqızı bildirib.

Xatırladaq ki, əməkdar artistin qızı Aygün Abdullayeva vida mərasiminin olmayacağını açıqlamışdı.

Qeyd edək ki, Süleyman Abdullayev bu gün 83 yaşında dünyasını dəyişib.

Teqlər: