Dədə Süleymanın vida mərasimi olmayacaq

Dədə Süleymanın vida mərasimi olmayacaq

Əməkdar artist Süleyman Abdullayevin (Dədə Süleyman) vida mərasimi olmayacaq.

AzerTimes xəbər verir ki, bunu əməkdar artistin qızı Aygün Abdullayeva Teleqraf.com-a açıqlamasında deyib.

O bildirib ki, atası Müşfiqabad qəsəbəsi qəbristanlığında dəfn olunacaq:

“Bu gün atam anamın dəfn olunduğu qəbristanlıqda torpağa tapşırılacaq. Hazırda nəşi məscidə, ordan isə öz evinə aparılacaq. Vida mərasimi olmayacaq. Öz evindən son mənzilə yola salınacaq”.

Teqlər: