Dədə Süleyman niyə fəxri ad almır?

Dədə Süleyman niyə fəxri ad almır?

Sosial şəbəkələrdə Dədə Süleyman kimi tanınan, hazırda ağır xəstə yatan xanəndə Süleyman Abdullayevin hələ də “Xalq artisti” fəxri adı almaması narazılıqlara səbəb olub.

Məsələ ilə bağlı AzerTimes-a Mədəniyyət Nazirliyindən bildirilib ki, mədəniyyətimizin inkişafında xidmətləri olan incəsənət ​ xadimlərinə fəxri adlar yaş həddinə, yaxud uzunillik fəaliyyətə görə verilmir.

“Azərbaycan Respublikası Prezidentinin 14 may 1999-cu il tarixli 130 nömrəli fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnaməsinə əsasən mədəniyyətimizin inkişafında xidmətləri olan incəsənət xadimlərinə fəxri adlar yaş həddinə, yaxud uzunillik fəaliyyətinə görə deyil, milli mədəniyyətimiz qarşısında müstəsna xidmətlərinə, çalışdığı sahənin inkişafında əldə etdiyi uğurlara görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı əsasında verilir”, – nazirlikdən bildirilib.

Teqlər: