De Brüynenin evi qarət olundu

De Brüynenin evi qarət olundu

“Mançester Siti” klubunun belçikalı ulduz futbolçusu Kevin De Brüynenin belçikadakı evi qarət olunub.

AzerTimes xəbər verir ki, bu barədə HLN nəşri məlumat yayıb.

Məlumata görə, hadisə şənbə günü baş verib. Naməlum şəxslər futbolçunun Hyosden-Zoldere şəhərindəki evinə soxulublar.

Evdən nələrin oğurlandığı barədə məlumat verilməyib.

Futbolçu və ailəsinin oğurluq baş verən zaman evdə olmadığı bildirilib.

Teqlər: