Qazaxıstanın Almatı şəhərində rapid və blits üzrə dünya çempionatı davam edir. Bu gün kişilərin yarışında rapid növündə VI-IX turun, qadınların mübarizəsində V-VIII turun qarşılaşmaları oynanılıb.
AzerTimes xəbər verir ki, kişilərdən ibarət yığmamızın lideri Şəhriyar Məmmədyarov keçirdiyi 4 görüşün hamısında heç-heçə edib. Rauf Məmmədov və Vüqar Əsədli 2 qələbə, 1 heçə-heçə, 1 məğlubiyyətlə yadda qalıblar. Aydın Süleymanlı 1 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət, Abdulla Qədimbəyli 2 qələbə, 2 məğlubiyyət, Vasif Durarbəyli ilə Məhəmməd Muradlı 1 qələbə, 1 heç-heçə, 2 məğlubiyyətə imza atıblar.
R.Məmmədov hazırda 6 xalla 18-ci pillədə qərarlaşıb. Eyni xala malik Ş.Məmmədyarov 20-ci pillədə qərarlaşıb.
Qadınların mübarizəsində Ülviyyə Fətəliyeva 2 qələbə, 2 məğlubiyyət, Gülnar Məmmədova ilə Gövhər Beydullayeva 2 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət, Xanım Balacayeva 1 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət, Ləman Hacıyeva 1 qələbə, 1 heç-heçə, 2 məğlubiyyət, Günay Məmmədzadə 1 heç-heçə, 3 məğlubiyyətlə yadda qalıb.
Aktivində 5 xal olan G.Məmmədova 18-ci, X.Balacayeva 20-ci pillədə yer alıblar.
Qeyd edək ki, dünya çempionatı dekabrın 30-da başa çatacaq.