DÇ-də iştirak edən yığmalar nə qədər qazanıb?

DÇ-də iştirak edən yığmalar nə qədər qazanıb?

2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında çıxış edən milli komandaların pul mükafatları məlum olub.

AzerTimes xəbər verir ki, bu barədə “NBC Sports” məlumat yayıb.

Turnirin qalibi Argentina millisinə 42 milyon dollar, ikinci yeri tutan Fransaya 30 milyon dollar, üçüncü yer üçün Xorvatiya 27 milyon dollar, dördüncü yer üçün Mərakeşə 25 milyon dollarverilib.

Turniri 1/4 final mərhələsində tərk edən komandaların hər biri 17 milyon dollar, 1/8 finalda uduzanlar isə 13 milyon dollar qazanıb.

Qrup mərhələsini adlaya bilməyən komandaların isə hər birinə 9 milyon dollar verilib.

Teqlər: