Futbol üzrə Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində Venesuela yığması Braziliya yığmasını qəbul edib.
AzerTimes-ın məlumatına görə, oyun Braziliya yığmasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Meydan sahibi komandanın yeganə qolunu Erik ramires (11-ci dəqiqə) vurub, qonaqların heyətində isə Mrkinyos, Qabriel Barboza və Antoni fərqləniblər.
Qeyd edək ki, Braziliya yığması keçirdiyi oyunların hamısında qələbə qazanıb və qrupda birinci pillədə qərarlaşıb, Venesuela yığması isə 10 oyundan sonra 4 xalla sonuncu yerdədir.