Balıq və digər su bioresurslarının kürüləmə dövrü ilə əlaqədar
daxili su hövzələrində – çaylarda, göllərdə, su anbarlarında 1
aprel 2022-ci il tarixindən sənaye balıq ovuna moratorium qüvvəyə
minir.
Trend xəbər
verir ki, Moratorium sentyabrın 1-dək davam edəcək. Bunu Bioloji
Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev
bildirib.
Xidmət rəisi qeyd edib ki, qadağa müddəti meliorativ
kollektorlara şamil edilmir.
F.Əliyev moratoriumun davam etdiyi müddətdə sənaye balıq ovu ilə
məşğul olan hər kəsi qaydalara əməl etməyə çağırıb.
“İdman və həvəskar balıq ovu ilə məşğul olanlar isə
qanunvericiliyə əsasən müəyyən edilmiş şərtlər daxilində balıq ovu
ilə məşğul ola bilərlər”.