Daşnaklar Paşinyanın oğlunu döydülər

Daşnaklar Paşinyanın oğlunu döydülər

Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan ötən gün İrəvanda döyülüb.

AzerTimes xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

O, hadisənin təfərrüatını açıqlamayıb, sadəcə bildirib ki, bu, dövlət məmurlarına və onların yaxınlarına qarşı törədilən silsilə təxribatlardan biridir.

Simonyan parlamentdə “Daşnaksütyun” partiyasının üzvü, “Hayastan” blokunun deputatı Mger Saakyanın dövlət-hüquq məsələləri üzrə komissiyanın rəhbəri Vladimir Vardanyanı döyməsini, sonra isə İrəvanın mərkəzində “Daşnaksütyun” partiyasının digər nümayəndəsinin onu təhqir etməsini də xatırladıb.

Teqlər: