Daşkəsəndə 23 yaşlı oğlanı sel apardı

Daşkəsəndə 23 yaşlı oğlanı sel apardı

Daşkəsən rayonunda selə düşən 23 yaşlı oğlan ölüb.

AzerTimes xəbər verir ki, bu gün axşam saatlarında Daşkəsənə yağan leysan yağışlar nəticəsində rayonun Təzəkənd sakini, 2000-ci il təvəllüdlü Elgün Məhərrəm oğlu Orucovu Əyriçaydan keçən sel aparıb.

Qabaqtəpə kəndinin ərazisində Ərazi Mülki Müdafiə Qüvvələri tərəfindən tapılan Elgün Orucovun cansız bədəni ailəsinə təhvil verilib.

Hazırda rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Teqlər: