Daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 6,3
milyon manatdan çox vəsait daxil olub.
AzerTimes-ın məlumatına görə,
bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” səhifəsində
bildirib.
“Bu ilin yanvar-mart ayları ərzində daşınmaz dövlət əmlakının
icarəsindən dövlət büdcəsinə daxilolmalar ötən ilin eyni dövrü ilə
müqayisədə 76,5% artaraq 6 milyon 371,3 min manat olub”, – nazir
yazıb.