Danimarkada Quran yandırıldı – Video

Danimarkada Quran yandırıldı – Video

Kopenhagendə İraqın Danimarkadakı səfirliyinin binası qarşısında aksiya keçirilib, Quran yandırılıb.

AzerTimes xəbər verir ki, təxribat “Danske Patrioter” (“Danimarka vətənpərvərləri”) qruplaşmasının üzvləri tərəfindən təşkil edilib.

Ekstremistlər aksiyanı sosial şəbəkə hesabları vasitəsilə canlı yayımlayıblar. Təxribatı Bağdaddakı İsveç səfirliyinə hücuma etiraz olaraq təşkil etdiklərini bildiriblər.

Qeyd edək ki, aksiya polisin ciddi mühafizəsi altında və media nümayəndələrinin iştirakı ilə keçirilib.

Teqlər: