Danimarka Ukraynaya F-16-lar göndərir

Danimarka Ukraynaya F-16-lar göndərir

Danimarka Ukraynaya növbəti hərbi yardım paketi ayırıb.

AzerTimes xəbər verir ki, bu barədə Danimarka müdafiə naziri Troels Lund Poulsen deyib.

Bildirilib ki, yeni hərbi yardım paketinin dəyəri 815 milyon dollar təşkil edir ki, bu da hava hücumundan müdafiə və artilleriya əməliyyatlarının icrasına yardım edəcək.

Nazirin sözlərinə görə, vəsaitin bir hissəsi F-16 qırıcılarının tədarükü ilə bağlıdır.

Qeyd edək ki, bu, Danimarkanın Ukraynaya 18-ci yardım paketidir.

Teqlər: