Danimarka: Tiktokdan istifadə etməyin!

Danimarka: Tiktokdan istifadə etməyin!

Danimarka Parlamenti deputat və bütün əməkdaşları kibertəhlükəsizlik tədbiri kimi casusluq riskinin olduğunu əsas gətirərək, iş telefonlarında Tiktok tətbiqini istifadə etməməyə çağırıb.

AzerTimes xəbər verir ki, məclis 179 deputata xüsusi elektron ünvan göndərərək, onları Tiktok proqramından istifadə etməkdən çəkinməyə və telefonlarından bu proqramı silməyə çağırıb.

Qeyd edək ki, bu ayın əvvəlində Avropa Komissiyası məxfilik problemləri və artan kibertəhlükəsizliyi əsas gətirərək, işçilərin iş telefonlarında və biznes məlumatlarına çıxışı olan şəxsi smartfonlarında Tiktok-dan istifadə etməyi müvəqqəti olaraq qadağan edib.

Teqlər: