Danimarka şirkəti Azərbaycanda karbamid zavodunun rəqəmsallaşdırılması üzrə xidmətlər təqdim edir

Xəbər - Ləman Zeynalova – Trend:

Danimarkanın “Haldor Topsoe” şirkəti Azərbaycanda karbamid zavodunun rəqəmsallaşdırılması üzrə xidmətlər təqdim edir.

Bu barədə AzerTimes-a şirkətdən bildiriblər.

Qeyd olunub, “Haldor Topsoe” zavodda bütün katalitik reaktorlar üçün katalizator tədarükçüsü olaraq texniki xidmətlər göstərməyə davam edir və gələcək əməkdaşlıq imkanlarını müzakirə edir: “Bu gün biz zavodun rəqəmsallaşdırılması üzrə xidmətlər təqdim edirik. Bizim təkliflərimiz müəssisənin gücünün artırılması üçün modernləşdirilməsi və ammiak istehsalında “yaşıl” hidrogenin inteqrasiyasını əhatə edir”.

Qeyd edək ki, SOCAR-ın karbamid zavodu 2019-cu il yanvarın 16-da istismara verilib. Zavodda sutkada 1,2 min ton ammiak və 2 min ton karbamid istehasal olunur.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: