Danimarka COVID-19-la bağlı məhdudiyyətləri bərpa edir

Danimarka COVID-19 koronavirusu ilə bağlı iki ay əvvəl qaldırılan məhdudiyyətləri bərpa edəcək.

Trend xəbər verir ki, bunu ölkənin baş naziri Mette Frederiksen söyləyib.

Yerli KİV-lərin məlumatına görə, COVID-19 üzrə xüsusi komissiya hökumətə koronavirusu “ictimai təhlükəli xəstəlik” kimi yenidən təsnif etməyi tövsiyə edib.


Hökumət bu tövsiyəyə əməl edəcək, deyə Frederiksen bildirib. Praktikada belə bir addım ölkədə sanitar keçid sistemindən istifadəyə qayıtmaq anlamına gəlir.

Oktyabrın sonlarında ölkədə gündəlik koronavirusa yoluxma hallarının sayı artmağa başlayıb. Son bir həftə ərzində Danimarkada 15 000-dən çox yeni yoluxma halı qeydə alınıb.

Teqlər: