Danielyan: Nikolun siyasəti müharibə səbəbidir

Danielyan: Nikolun siyasəti müharibə səbəbidir

Ermənistan hakimiyyəti istənilən ssenariyə meyillidir. Buna Nikol Paşinyanın illər ərzində tutduğu şəxsi inancları da əlavə olunur – “Qarabağdan qurtulmaq lazımdır”.

AzerTimes xəbər verir ki, bu fikirləri erməni mediasına müsahibəsində politoloq Stepan Danielyan bildirib.

“Ancaq həyat göstərir ki, ikili oyun oynamaq, gah Rusiyanın, gah da Qərbin maraqları ilə hərəkət etmək onluq deyil, çünki böyük geosiyasi maraqlar var”, – o qeyd edib.

O vurğulayıb ki, Ermənistan hakimiyyətinin normal, stabil, düz yol gedə bilməməsi vəziyyəti daha da çətinləşdirir və Cənubi Qafqaz regionunda böyük müharibəni yaxınlaşdırır.

Teqlər: