Dairəvi yolda yük maşını aşdı – Video

Dairəvi yolda yük maşını aşdı – Video

Bakı şəhər kənar dairəvi yolda yük avtomobili aşıb.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən AzerTimes-a verilən məlumata görə, bu gün saat 10:50 radələrində Bakı kənar dairəvi yolunun 7-ci kilometrliyində Nəsir Habil oğlu Qasımovun idarə etdiyi “Mersedes” markalı, 99 OA 693 dövlət qeydiyyat nişanlı yük avtomobili paytaxt istiqamətində hərəkətdə olarkən sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb.

Xəsarət alan sürücüsü xəstəxanaya yerləşdirilib, hadisə yerinə cəlb olunan DYP əməkdaşları tərəfindən yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub, zəruri təhlükəsizlik tədbirləri görülüb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: