Xəbər - Humay Ağacanova – Trend:
Paytaxtdakı 60, 179 və 271 nömrəli tam orta məktəblərdə əyani
dərslər bərpa edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzerTimes-a verilən məlumata görə,
adıçəkilən məktəblərin müəllim-şagird kontingenti üçün Gigiyena və
Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin
müddəti başa çatıb.
“Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına
qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı
qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn
tələblərə ciddi əməl olunur”, – məlumatda deyilir.