Daha bir PKK liderindən Kılıçdaroğluna dəstək…

Daha bir PKK liderindən Kılıçdaroğluna dəstək…

PKK liderlərindən Rəmzi Qartal Türkiyədəki prezident seçkilərində CHP sədri Kamal Kılıçdaroğluna dəstək üçün çağırış edib.

AzerTimes xəbər verir ki, bu barədə R.Qartal PKK kanalı sayılan “Media Haber”ə açıqlamasında bildirib.

“Seçkilərdə Kılıçdaroğluna səs vermək tarixi fürsətdir. Bununla istədiyimiz inkişafı yaradıb, yeni bir mərhələ başlada bilərik. Ərdoğanın hakimiyyətdən getməyinə səbəb olacaq seçimimizi məhz bu əsasda etməliyik. Kılıçdaroğlunu dəstəkləməli, parlamentdə var gücümüzlə Yaşıl Sol Partiyasının altına möhür vurmalıyıq”, – R. Qartal vurğulayıb.

Teqlər: