Daha bir ölkədən çağırış: İran və İsrailə səfər etməyin!

Daha bir ölkədən çağırış: İran və İsrailə səfər etməyin!

Hindistan vətəndaşlarına növbəti xəbərdarlığa qədər İran və İsrailə səfər etməməyi tövsiyə edib.

AzerTimes xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Sözügedən ölkələrdə yaşayan hindlilərin Hindistan səfirlikləri ilə əlaqə yaratmaları tələb edilib:

“Bölgədəki vətəndaşlara təhlükəsizlik tədbirləri görmələri və ölkə daxilində hərəkətlərini məhdudlaşdırmaları tövsiyə edilib”.

Qeyd edək ki, İsrail 1 apreldə İran səfirliyinin yanında yerləşən binaya zərbə endirib, nəticədə SEPAH-ın 2 generalı və 5 zabiti ölüb. Bundan sonra, İran rəsmiləri İsraildən qisas alacaqları ilə bağlı açıqlamalar veriblər.

Teqlər: