Daha bir ölkə “Bayraqdar” kampaniyası başlatdı

Daha bir ölkə “Bayraqdar” kampaniyası başlatdı

Kanada Ukraynaya “Bayraqdar TB2” PUA-sı alınması üçün ianə kampaniyasına start verib.

AzerTimes xəbər verir ki, Torontoda yerləşən “UhelpUkraine” humanitar yardım təşkilatının başlatdığı kampaniyada Ukrayna ordusu üçün “Bayraqdar TB2” PUA-sının alınmasına 7 milyon Kanada dollarının toplanması hədəflənir.

Kampaniyanın saytında yer alan məlumata görə, indiyədək kampaniyaya 12 min 450 Kanada dolları ianə edilib.

Toplanan ianələrlə alınacaq “Bayraqdar TB2” PUA-sının 24 avqustda – Ukraynanın Müstəqillik Günündə Ukrayna ordusuna təhvil verilməsi hədəflənir.

Teqlər: