Daha bir neçə Rusiya bankı “SWIFT”dən çıxarılacaq

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti
üzrə ali nümayəndəsi Jozep Borrel daha bir neçə Rusiya bankının
“SWIFT” beynəlxalq banklararası ödəniş sistemindən çıxarılacağını
açıqlayıb.

Trend xəbər verir ki, Aİ nümayəndəsi bu barədə Latın Amerikası
ölkələrinə səfəri zamanı deyib. Diplomat yeni məhdudiyyətlərə hansı
kredit təşkilatlarının düşə biləcəyini açıqlamayıb.

“Maliyyə sektorunda daha çox Rusiya bankı “SWIFT” beynəlxalq
banklararası ödəniş sistemindən çıxarılacaq. Hansı bankları deyə
bilmərəm, amma olacaq. Enerji sektorunda isə biz Rusiyanın neft
idxalına əhəmiyyətli dərəcədə təsir edəcək tədbirlər axtarırıq”, –
deyə Jozep Borrel bildirib.