Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycanda bir sıra məhkəmələrə yeni hakimlərin təyin edilib.
AzerTimes-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilib.
İclasda Azərbaycan Respublikası Ali Məhkəməsi və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi; Bakı, Sumqayıt və Şirvan Apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi; Gəncə və Şəki Apellyasiya məhkəmələri hakimlərinin təyin və azad edilməsi haqqında təqdimatlar müzakirə olunub.
Müzakirələrdən sonra sənədlər səsə qoyularaq qəbul edilib.