Ali Məhkəməyə yeni hakimlər təyin olundu

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycan Ali Məhkəməsinə yeni hakimlər təyin olunub.

AzerTimes-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” sənəddə öz əksini tapıb.

Sənədə əsasən, aşağıdakı şəxslərin Ali Məhkəmənin hakimi vəzifəsinə namizədliyi irəli sürülüb:

1. Dadaşov İlqar Ağababaş oğlu

2. Əhmədov Əhməd Abbas oğlu

3. Əliyev Ələsgər Əliabbas oğlu

4. Kərimov Fərhad Abdulkərim oğlu

5. Mövsümov Nazim Rasim oğlu

6. Nağıyev İman Məhəmməd oğlu

7. Rəcəbov İlkin Əbülfəz oğlu

8. Kərimov Səyyad Əli oğlu

Müzakirələrdən sonra onların namizədlikləri təsdiq olunub.

Teqlər: