Daha bir koronavirus xəstəsi küçədə yaxalanıb

Xəbər - Samir Əli – Trend:

Bakıda daha bir koronavirus xəstəsi evini tərk etdiyi üçün saxlanılıb.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə,Sabunçu RPİ 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən 1 nəfər aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar edilərək saxlanılıb.


Polis əməkdaşları “COVİD-19” virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evi tərk etmiş Bakı şəhər sakini R.Qarayevlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə onu yaşadığı evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Teqlər: