Daha bir iddia: Zalujnı razılaşdı, bu ölkəyə səfir gedir

Daha bir iddia: Zalujnı razılaşdı, bu ölkəyə səfir gedir

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı Ukraynanın Böyük Britaniyadakı səfiri olmağa razılaşıb.

AzerTimes xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yevgeni Şevçenko bildirib.

Qeyd edək ki, son günlər Rusiya, Ukrayna və Qərb mediasında Zalujnınin mümkün istefası ilə bağlı şayiələr geniş müzakirə olunub. Xüsusilə, yanvarın 29-da keçirilən görüşdə Zelenskinin ali baş komandana yalnız hakimiyyətə müşaviri vəzifəsini təklif etdiyi bildirilib.

“Ekonomist” jurnalının məlumatına görə, Zalujnıya Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsi də təklif olunub, lakin o, bundan imtina edib.

Teqlər: