Daha bir güneyli fəal həbs edildi

Daha bir güneyli fəal həbs edildi

Güney Azərbaycanın Əhər şəhər sakini, milli fəal Saleh Molla Abbasi döyülərək həbs olunub.

AzerTimes xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, İranda etirazlar başlayandan bəri hökumət qüvvələri bir neçə dəfə onun evinə qanunsuz basqın edib və hücumlar zamanı ailəsi, o cümlədən xanımı və qızları incidilib. Dünən gecə isə hüquq-mühafizə orqanı əməkdaşları ona hücum edərək döyüb və naməlum yerə aparıblar.

Teqlər: