Daha bir erməni əsgər intihar etdi

Daha bir erməni əsgər intihar etdi

Dünən Ermənistanın Abovyan şəhərində bir neçə gün əvvəl intihar etmiş Ermənistan sərhəd qoşunlarının əsgərinin dəfn mərasimi keçirilib.

AzerTimes xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Məlumata görə, sərhəd qoşunlarının daxil olduğu Ermənistan Milli Təhlükəsizlik Xidməti bununla bağlı heç bir məlumat yaymayıb:

“Son zamanlar Ermənistanın həm silahlı qüvvələrində, həm də sərhəd qoşunlarında intihar halları daha tez-tez baş verir, lakin bu barədə rəsmi məlumat verilmir”.

Teqlər: