Daha bir britaniyalı ruslara əsir düşdü

Daha bir britaniyalı ruslara əsir düşdü

“Azov” batalyonunun sıralarında xidmət edən Britaniya vətəndaşı Con Hardinq “dnr” adlanan yerdə əsirlikdədir.

Axara.z xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

“Görünür, Hardinq may ayında Azovstalda döyüşdüyü zaman Ukrayna bölməsinin silahı yerə qoymağa məcbur olan anda yaxalanıb. Videoda onun “Azov” batalyonunun tərkibində olduğu deyilir. Hardinq dostlarına Milli Qvardiyada döyüşdüyünü deyib”, – deyə bildirilib.

Hardinq ölüm cəzası ilə üz-üzə olduğunu söyləyib və kömək üçün Boris Consona müraciət edib.

Qeyd olunur ki, britaniyalının yaxınları onun şəxsiyyətini təsdiqləyib və Britaniya Xarici İşlər Nazirliyindən dəstək aldıqlarını bildiriblər.

Hardinq 2018-ci ildən Donbassda döyüşür. Həmin şəxs daha əvvəl BBC jurnalistlərinə demişdi ki, döyüş həkimi kimi bacarığı sayəsində rusiyayönlü yaraqlılarla mübarizəyə kömək etməyə gəlib.

Teqlər: