Daha bir azərbaycanlı sürücü Ukraynadan təxliyə olunub

Ukrayna ərazisindən daha bir sürücü təxliyə olunub. Sürücü
Feyzullayev Qəhrəman Qəzənfər oğlu artıq Rusiya Federasiyası
ərazisindədir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Avtomobil
Daşıyıcıları Assosasiyasının İctimaiyyətlə əlaqələr və marketinq
şöbəsinin rəhbəri Ruslan Eldaroğlu feysbukda yazıb.

Onun sözlərinə görə, Q.Feyzullayev döyüşlərin ilk günündən
Xerson şəhərində olub. Yaradılan humanitar dəhlizlə təxliyəsi baş
tutub.

“Bu günə qədər 35 yük avtonəqliyyat vasitəsi üzrə 38 sürücünün
təxliyəsi həyata keçirilib. Hazırda Ukrayna ərazisində bir
azərbaycanlı sürücü qalmaqdadır. Onun da təxliyəsi istiqamətində
aidiyyəti dövlət qurumları ilə birgə işlər görülür”, – məlumatda
deyilir.

Teqlər: