Daha 68 müharibə iştirakçısı polis oldu – Video

Daha 68 müharibə iştirakçısı polis oldu – Video

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, sıra baxışında kütləvi informasiya vasitələrində əvvəlcədən verilmiş elana uyğun olaraq nazirliyə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 234 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 68 nəfəri Vətən müharibəsinin iştirakçısı olub.

Nazir V.Eyvazov daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə polis adını və şərəfini daim uca tutmalarını, bilik və bacarıqlarını, dünyagörüşlərini artırmalarını, öz üzərlərində səylə çalışmalarını və vətəndaş məmnunluğunun təmininə layiqli töhfə vermələrini tövsiyə edib.

Teqlər: