Daha 50 il də gözləyə bilmərik – Ərdoğan

Daha 50 il də gözləyə bilmərik – Ərdoğan

Adanın türk və yunan hissəsi arasında nizamlanma prosesi 50 ildir ki, davam edir. Daha 50 il də gözləyə bilmərik.

AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr lideri Ərsin Tatarla görüşündə deyib.

Ərdoğan qeyd edib ki, Ankara, həmçinin ŞKTR-in Aralıq dənizində ona aid olan karbohidrogen ehtiyatları ilə bağlı hüquqlarını müdafiə edəcək.

O, təəssüflə əlavə edib ki, qarşı tərəf Şərqi Aralıq dənizi problemləri üzrə beynəlxalq konfrans təşkil edilməsinə dair Ankaranın təklifinə də cavab verməyib:

“Buna rəğmən, Türkiyə hər zaman konstruktiv mövqeyini davam etdirib və adanı silahlandıran güclər bilməlidir ki, Şimali Kipr türklərinin təhlükəsizliyi, həm də Türkiyənin təhlükəsizliyi deməkdir”.

Teqlər: