Xəbər - Çingiz Səfərli – Trend:
Paytaxtdakı 147 nömrəli Texniki-Humanitar Lisey, 26 və 230 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.
Bu barədə AzerTimes-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Belə ki, hər 3 məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.
“Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur”, – məlumatda qeyd edilir.