Daha 3 məktəbdə əyani dərslər bərpa olundu

Xəbər - Çingiz Səfərli – AzerTimes:

Paytaxtdakı 147 nömrəli Texniki-Humanitar Lisey, 26 və 230 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

Bu barədə AzerTimes-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Belə ki, hər 3 məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

“Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur”, – məlumatda qeyd edilir.

Teqlər: