Daha 3 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən
daha 3 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Bununla da
“Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 39-a
çatıb.

“Startap” şəhadətnamələri “Setup” MMC-nin uduşlu bilik
yarışmasının təşkili (veb və mobil tətbiq vasitəsilə), “Smart
Logistics 2021” MMC-nin yük maşınlarının sifarişi üçün mobil
tətbiq, “Sakuraz Green Energy” MMC-nin litium-ion
akkumulyatorlarının toplanması və bərpası işinin təşkili layihələri
üçün təqdim edilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni
aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə
etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə
azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq
subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə
bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər,
eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı
linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

Teqlər: