Bu gün Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilir (FOTO)

Azərbaycan dövləti tərəfindən Ukrayna xalqına humanitar yardım
məqsədilə dərman vasitələri, tibbi sərfiyyat malları və ərzaq
məhsullarından ibarət növbəti yardım bugün yola salınır.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, ümumi
çəkisi 170 tondan artıq olan humanitar yardıma 3.37 milyon manat
məbləğində dərman vasitələri və tibbi sərfiyyat malları, eləcə də 1
milyon manat məbləğində ərzaq məhsulları daxildir.

Humanitar yükü Varşava hava limanına çatdırmaq üçün ilk təyyarə
21 aprel saat 14:30-da Ukraynanın ölkəmizdəki səfirinin iştirakı
ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola
salınacaq.

Xatırladaq ki, Ukraynadakı vəziyyətlə əlaqədar ölkə
rəhbərliyinin tapşırığı ilə Azərbaycan tərəfindən cari ilin 27
fevral və 12 mart tarixlərində Ukraynaya, eləcə də 15 aprel
tarixində ukraynalı qaçqınlar üçün Moldovaya ümumi məbləği 23.2
milyon manatdan artıq olan 550 tona yaxın humanitar yardım
göndərilib.

Beləliklə, Azərbaycan Respublikasının Ukraynadakı böhranla bağlı
göstərdiyi humanitar yardımın ümumi məbləği 27.6 milyon manat
(təxminən 15 milyon avro), çəkisi isə 720 ton təşkil edir.

Teqlər: