Daha 100-ə yaxın şəhid ailəsi və qazi üçün kiçik bizneslər yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki
Dövlət Məşğulluq Agentliyinin icra etdiyi özünüməşğulluq proqramı
çərçivəsində şəhid ailələri və qazilər üçün kiçik təsərrüfat və
müəssisələrin yaradılması işləri davam etdirilir.

Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, son bir həftə ərzində bu kateqoriyalardan olan 100-ə
yaxın şəxsə proqramın dəstəyi olaraq mal və materiallar formasında
aktivlər verilib. Bu aktivlər hesabına onlar kənd təsərrüfatı və
istehsal-xidmət sahələri üzrə kiçik bizneslərini yaradıblar.

Proqrama cəlb olunan şəxslər üçün əvvəlcə təlimlər təşkil
olunur, onlara kiçik biznesin təşkili və idarə olunması üzrə bilik
və bacarıqlar öyrədilir.

Teqlər: