Daha 10 nəqliyyat vasitəsi özəlləşdirildi

Daha 10 nəqliyyat vasitəsi özəlləşdirildi

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda Rusiya istehsalı olan 10 nəqliyyat vasitəsi satılıb.

AzerTimes quruma istinadən xəbər verir ki, özəlləşdirilmiş nəqliyyat vasitələrinin siyahısı və yekun satış qiyməti ilə bu link vasitəsilə tanış olmaq olar.

Hərraclarda iştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i qədər beh ödəyərək iştirakçı statusu əldə etmək olar.

Teqlər: