Quru sərhədlərimiz hələ bağlıdır. Karantin qaydaları
yumşaldılıb, amma pandemiya aradan qalxmayıb.
AzerTimes-ın məlumatına bunu Baş nazir Əli Əsədov parlamentin bu gün
keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zaman
deyib.
Baş nazir bildirib ki, Rusiya hökuməti martın 21-dən başlayaraq
hava məkanını yenidən Azərbaycan üçün açır.
“Dağıstanla sərhəddə qalan soydaşlarımızın məsələsi də hökumətin
diqqətindədir. Amma onlarla bağlı qəti qərar hələ verilməyib”, –
deyə o əlavə edib.